“San Paulo”nun hücumçusu Markinyoş Oliveyra Avropaya köçəcək. 

19 yaşlı futbolçu “Arsenal”la anlaşıb. London təmsilçisi “sambaçı”nın transferi üçün “San Paulo” ilə hərtərəfli razılığa gəlib. Onun keçidi ingilislərə 3-3,5 milyon avroya başa gəlib. Futbolçu mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq. 

 Qeyd edək ki, Markinyoş bu mövsüm 15 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.