Portuqaliya millisinin və “Manchester United”in ulduz futbolçusu Kriştiano Ronaldo klubunu dəyişmək niyyətindədir. 

37 yaşlı hücumçu bu barədə agenti Jorje Mendeşə də deyib. 

 Forvard İngiltərə təmsilçisində baş verənlərdən bezib. Həm kadr, həm texniki məsələlərdə xaotik addımlar atılması Ronaldonun narahatçılığına səbəb olub. 

 O, Mendeşə belə halların davam edəcəyi halda klub axtarmalı olduğunu bildirib. Baş məşqçi postuna gətirilən Ralf Ranqnikin sabitlik yarada bilməməsi də Kriştianonu narazı salıb. 

 “Barcelona”nın indiki rəhbərliyi ilə əla münasibətləri olan Mendeşin müştərisini Kataloniya klubuna təklif edəcəyi gözlənilir. Hücumçu transferində maraqlı olan Xavinin də bu keçidə müsbət yanaşacağı gözlənilir. 

 Qeyd edək ki, Ronaldo cari mövsüm mançesterlilərin heyətində 21 matça 14 qol vurub.