İngiltərənin "Manchester United" klubunun futbolçusu Kriştiano Ronaldo karyerasını Fransada davam etdirə bilər.

 "Le Sport" xəbər verir ki, PSG portuqaliyalı hücumçu ilə yaxından maraqlanır. Yayda Kilian Mbappenin İspaniya "Real Madrid"inə keçə biləcəyini nəzərə alan paytaxt klubu onun boşluğunu məhz 37 yaşlı forvardla doldurmaq niyyətindədir. Təcrübəli oyunçu "qırmızı şeytanlar"la vidalaşmağa qərar versə, PSG onunla danışıqlara başlayacaq. 

 Daha əvvəl Mançester təmsilçisindəki vəziyyətindən narazı qalan Ronaldunun agenti Jorje Mendeşə müraciət edərək ona yeni klub tapmasını istədiyii bildirilib. Futbolçu deyib ki, durum müsbətə doğru dəyişməsə, komandanı tərk edəcək. 

 Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Manchester United"in heyətində Premyer Liqada meydana çıxdığı 16 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.