Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropanın top-5 liqalarında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb.
CIES-in rəsmi saytının məlumatına görə, İspaniyanın "Real Madrid" klubunda çıxış edən Vinisius Junior birinci pillədə göstərilib. 22 yaşlı braziliyalı hücumçunun transfer qiyməti 166,4 milyon avro göstərilib.
İngiltərə "Manchester City"sindən Fil Foden (152,6 milyon avro) ikinci, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann (142,5 milyon avro) isə üçüncü olub.
0 Comments