İngiltərənin “Southampton” klubunun sahibi dəyişib. 

 Serbiyalı biznesmen Draqan Şolak Premyer Liqa təmsilçisinin səhmlərinə nəzarət paketini alıb. O, səhmlərin 80 faizinə sahib çıxıb. Serbiyalı bunun üçün 120 milyon avro ödəyib. 2017-ci ilin avqustunda klubu alan Qao Çişen öz 80 faizini satıb. Səhmlərin digər 20 faizi isə klubun minoritar sahibi Katarina Libherrdə qalıb. Klubun baş direktoru Martin Simens də bu vəzifədəki işini davam etdirəcək. 

 Qeyd edək ki, Premyer Liqada 19 oyunda 21 xal toplayan “Southampton” 14-cü pillədə qərarlaşıb.