İngiltərənin "Manchester United" klubunda futbolçular arasında gərginlik artır. 

 "Daily Express" nəşri xəbər verir ki, Harri Maquayr, Edinson Kavani və Meyson Qrinvud Kriştianu Ronaldonun daha çox oynamasından narazıdırlar. Həmçinin bəzi futbolçular portuqaliyalı hücumçunun çıxışının komandanın oyununa mənfi təsir göstərdiyini düşünür. 

 Daha əvvəl "qırmızı şeytanlar"ın müdafiəçisi Lyuk Şou evdə "Vulverhempton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXI tur matçından sonra komandada birliyin olmadığını söyləyib. 

 Qeyd edək ki, "Manchester United" 19 oyundan sonra 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.