PSG-nin baş məşqçisi Maurisio Poçettino "Manchester United"i çalışdıra bilər. 

Bu barədə "La Parisien" məlumat yayıb. 49 yaşlı mütəxəssisin "qırmızı şeytanlar"ın baş məşqçi vəzifəsinə əsas namizəd hesab edilir. Klub bu barədə çalışdırıcı ilə danışıqlar aparıb. 

 İngiltərə təmsilçisinə hazırda müvəqqəti olaraq Ralf Ranqnik baş məşqçilik edir. O, bu vəzifədə Ole Qunnar Sulşeri əvəzləyib. 


 Qeyd edək ki, Poçettino ötən ilin yanvar ayından PSG-ni çalışdırır. Onun Fransa klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.