“Liverpool” məşq mərkəzini qeyri-müəyyən müddətə bağlayıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Koronavirus pandemiyasının klubda geniş yayılması səbəbindən belə addım atılıb. Komandanın baş məşqçisi Yurgen Klopp, onun köməkçisi Pep Liders və bir neçə futbolçu virusa yoluxub. 

 Qeyd edək ki, yoluxanların çox olması səbəbindən "Liverpool"un sabah "Arsenal"la keçirməli olan kubok oyunu da təxirə salına bilər.