"Barcelona”nın yeni transferi Ferran Torresin məvacibi məlum olub. 

“sport.es” xəbər verir ki, ispan hücumçu Kataloniya təmsilçisində illik 5,5 milyon avro maaş alacaq. 
“Barcelona” 6 illik müqavilə imzaladığı Torres üçün keçmiş klubu “Manchster City”yə 55 milyon avro ödəyəcək.