“Bayern München”nin yarımmüdafiəçisi Kinqsli Komanla danışıqları müsbət yekunlaşıb. 

 Tərəflər yeni müqavilə imzalanmasında razılığa gəliblər. Anlaşmaya əsasən, 25 yaşlı hücumameyilli oyunçu 2026-cı ilin yayına qədər Münhen təmsilçisinə məxsus olacaq. Fransa millisinin üzvünün hazırkı sözləşməsi gələn ilə qədərdir. 

 Qeyd edək ki, Kinqsli Koman bu mövsüm “Bayern München”nin heyətində 17 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.