"Juventus"un futbolçusu Alvaro Morata komandadan ayrılmayacaq. 

 Bu barədə klubun baş məşqçisi Massimiliano Alleqri danışıb. O, 29 yaşlı hücumçunun A seriyası təmsilçisində qalacağını bildirib: "Morata heç yerə getməyəcək. Ötən mövsüm o, 21 qol vurub. Bu mövsüm isə artıq 7 qola imza atıb. Alvaronun problemi odur ki, o, həmişə nəyisə əksik etdiyini düşünür. Onunla danışdım və dedim ki, getməyəcək. Çünki Moratanı dünyada ancaq 4-5 hücumçu əvəz edə bilər. Alvaro yaxşı əhval-ruhiyyədədir, mövzu bağlanıb".