İtaliya “İnter”inin futbolçusu İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər.

Hücumçu “Tottenhem”in maraq dairəsindədir. Onun keçidini London klubunun baş məşqçisi Antonio Konte istəyib. O, A seriyasında da Perişiçlə birlikdə çalışıb. 
Yenidən Almaniyaya qayıtmaq istəməyən 32 yaşlı forvard Milan təmsilçisi ilə müqaviləni uzatmaqla bağlı danışıqlar aparır. Lakin İngiltərədə oynamaq variantı da olan Perişiç daha sərfəli şərtlər irəli sürəcək kluba üstünlük verəcək. 
Qeyd edək ki, cari mövsümün 17 matçında 3 qol vuran İvanın müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.