Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda bu gecə keçirilməli olan "Tottenham" - "Renn" oyunu ləğv edilib.
London klubunun rəsmi saytında yayımlanan xəbərə görə, buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma halı səbəb olub.
Klubda 6 nəfərin COVID-19 testi müsbət çıxdığından UEFA matçın oynanılmamasına qərar verib.
Qeyd edək ki, "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenham" isə 7 xalla 2-cidir. Mövzu ilə bağlı əvvəlki xəbər: Keçid
0 Comments