Fransa millisinin sabiq futbolçusu Tyeri Anri PSG-nin oyunçusu Lionel Messi haqqında danışıb.

 gq.com xəbər verir ki, hazırda Belçika millisində məşqçi işləyən 44 yaşlı mütəxəssis Messinin PSJ-də yaxşı oynamadığı barədə deyilənlərə belə cavab verib: 

 “Bu bir az qəribədir. Baxın, PSG Liqa 1-də fərqlə liderdir və Çempionlar Liqasında kifayət qədər yaxşı çıxış edir. İnsanlar PSG-nin daha yaxşı oynamasını istəyir. Onların oyunu həmişə sərbəst və parlaq olmur. Ancaq sonda matçlarda qalib gəlirlər. Messinin Liqa 1-də oynaması ağlıma gəlməzdi. Onun "Barcelona"dan ayrılacağını heç düşünmürdüm. İnsanlar bəzi futbolçulardan daim nəticə tələb edirlər. İnsanlar başa düşmürlər ki, ən yaxşı futbolçular çox vaxt milliyə gedib, üç gündən bir oynayır, ona görə də çox məşq etmirlər. Yeni taktika, yeni ideyalar tətbiq etmək, oyunçuları birgə işləməyə məcbur etmək həmişə asan olmur. PSG-də oynayanda həmişə daha çox qazanmadığın üçün mühakimə olunursan. Bu, yüksək səviyyəli komandanın həyatıdır və asan deyil. 

 Uşaqlıqdan bəri getdiyin yerdən ayrılanda və əlavə olaraq ayrılacağını ağlına belə gətirə bilmirsənsə, bu, çox qəribə olur. Harada olduğunuzu dərk etməli və anlamalı, yeni liqaya və yeni komandaya uyğunlaşmalısınız. Messi də insandır. Onun “Barcelona”dan gedərkən necə ağladığını gördünüz. Bunlar əsl göz yaşları idi. O, ağladı. Messi olsan belə, sənə uyğunlaşmaq və anlamaq üçün bir az vaxt lazımdır. Bu adamın da bir insan olduğunu başa düşmək lazımdır. “Barcelona”dan ayrılması onun üçün hələ də yeni təcrübədir. Amma Messinin bunun öhdəsindən gələcəyinə inanıram. Mən əminəm. “Arsenal”dan ayrılıb “Barselona”ya gedəndə də belə şeylər yaşamışdım. Ətrafa alışmağım bir qədər zaman aldı. “Arsenal”dan ayrılacağımı heç düşünməmişdim, amma “Barselona”ya keçdim... Böyük klubda, böyük şəhərdə idim. Əvvəllər mənə cəhənnəm kimi gəlirdi. Amma bunu həzm etmək bir az vaxtımı aldı”. 

 Qeyd edək ki. Messi bu ilin avqust ayında PSG ilə 2+1 illik müqavilə imzalayıb. O, bir neçə gün əvvəl karyerasında 7-ci dəfə “Qızıl top” mükafaatını qazanıb. Əlavə edək ki, Anri 1997-2010-cu illərdə Fransa millisində oynayıb.