Serxio Aquero karyerasını rəsmən başa vurub.

Bunu futbolçu özü açıqlayıb.

Serxio Agüero : “Mənim sağlamlığım hər şeydən əvvəl gəlir. Tibb işçiləri mənə dedilər ki, ən yaxşısı oynamağı dayandırım və mən indi "Barcelona"dan ayrılıram və peşəkar futboldan gedirəm."


 Argentinalı forvard bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib. Ürəyində problem yaşayan Serxio göz yaşları içində futboldan getdiyini açıqlayıb. Ona dəstək vermək üçün “Barcelona”nın məşqçi və futbolçu heyəti, eyni zamanda “Manchester City”də rəhbərliyi altında oynadığı keçmiş çalışdırıcısı Pep Qvardiola da mətbuat konfransına qatılıb. 

 Qeyd edək ki, karyerası ərzində “İndependiente” (2003-2006), “Atletiko” (2006-2011) və “Mançester Siti”nin (2011-2021) formasını geyinən Serxio Aquero “Barselona”ya bu ilin yayında keçib. O, 2006-2021-ci illərdə Argentina millisinin heyətində 101 matçda 41 qol vurub.