Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son turu “Liverpool”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub. 

 Misirli forvard komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşdə də adını tabloya yazdırmağı bacarıb. Ulduz futbolçu ÇL tarixində bir klubun heyətində ardıcıl 7 səfər görüşündə fərqlənən ikinci oyunçu olub. O, Kriştiano Ronaldoya məxsus (“Real” – 2013/14 mövsüm) rekordu təkrarlayıb. Salah eyni zamanda “Liverpool”un tarixinə də düşüb. 29 yaşlı oyunçu ardıcıl 6 mövsüm “qırmızılar”ın heyətində 20 qol həddinə çatan ilk futbolçudur. Ona qədər rekord 5 mövsümlə (1981/82 – 1986/87) Yan Raşda olub. 

 Qeyd edək ki, “Liverpool” Çempionlar Liqasının qrup mərhələsində 18 xal toplayan ilk ingilis klubudur.