"Chelsea" futbolçusu Antonio Rüdigerlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlar aparır.
Britaniya mətbuatı xəbər verir ki, alman müdafiəçi London təmsilçisinə öz şərtlərini irəli sürüb. O, yeni müqaviləyə əsasən, ildə 12 milyon avro qazanmaq istəyir. Klubun bu barədə nə düşündüyü hələlik məlum deyil.
Tərəflər razılığa gələ bilməsələr, "Real" Antonionu transfer etməyə çalışacaq. Artıq “kral klubu"nun nümayəndələri müdafiəçinin agenti ilə ilkin danışıqlar aparıb.
0 Comments