“Bayern München” Bundesliqanın XVII turunda “Wolfsburg”u 4:0 hesabı ilə darmadağın edib.
Bu qarşılaşmada fərqlənən Robert Levandovski 2021-ci ildəki qol sayını 69-a çatdırıb.
33 yaşlı polşalı bununla da Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Portuqaliyalı 2013-cü ildə bu qədər qola imza atıb.
Dünya rekordu isə Lionel Messiyə məxsusdur. Argentinalı 2012-ci ildə 91 dəfə fərqlənib.
0 Comments