"Manchester United"in ulduz futbolçusu Kriştiano Ronaldo və Ser Aleks Ferqyuson maraqlı xatirələrindən danışıblar. 

Portuqaliyalı ulduz və sabiq baş məşqçi bu barədə klubun saytının efirində danışıblar.

 Ronaldo Ferqyuson haqda “Mən həmişə demişəm ki, o, mənim "futbol atamdır". Ser Aleks xatırlamaya bilər, amma mən unutmamışam: atam xəstəxanada idi və mən çox əziyyət çəkirdim. O, məndən nə olduğunu soruşdu və vəziyyəti öyrəndikdən sonra "Kriştiano, 2-3 günlük ora get və ailənin yanında ol", - dedi. Bu sözləri məşqçidən eşitmək mənim üçün önəmli idi”, söyləyib. 

 Ferqyuson isə o günü xatırladığını bildirib: “Atasının çox xəstə olduğunu və xəstəxanaya düşdüyünü öyrəndim. Ronaldo üçün ona yaxın olmağın nə qədər önəmli olduğunu başa düşdüm. Bəzi şeylər futboldan daha vacibdir. Həyatınızda heç vaxt klubu ailənizdən üstün tutmayın”. 

 Xatırladaq ki, Kriştiano Ronaldo 2003-cü ildən 2009-cu ilə qədər Aleks Ferqyusonun rəhbərliyi altında "Manchester United"də forma geyinib.