"Manchester United"in ulduz futbolçusu Kriştiano Ronaldonun hücumçu axtarışında olan "Barcelona"ya təklif etdiyi iddia edilir.  

"Mundo Deportivo" nun məlumatına görə , "Manchester United"də xoşbəxt olmayan Kriştiano Ronaldo, Pike vasitəsilə özünü transfer edilməsi üçün "Barcelona"ya təklif edib.

Bunun sayəsində o, baş məşqçi Xavi ilə əlaqə saxlayıb və "Barcelona"da oynamağa müsbət baxdığını deyib.

Klubun prezidenti Joan Laportanın bu transferə razı olduğu vurğulanıb. 

Xəbərdə Ronaldonun "Barcelona"ya transferinin gerçəkləşəcəyi təqdirdə, onun Lionel Messinin evində kirayədə yaşayacağı iddia olunub. Pike bununla bağlı Messi ilə danışıb və müsbət cavab alıb.