"Real" futbolçusu Eden Hazardı "West Ham"ə satmaqdan imtina edib. 

 "The Sun" xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi belçikalı yarımmüdafiəçi üçün 25 milyon avroluq təklif göndərib. Ancaq Madrid klubunun prezidenti Florentino Peres bunu rədd edib. 
 
Bildirilib ki, "Real" 30 yaşlı oyunçunu 50 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır. 

 Qeyd edək ki, Hazardın klubu ilə müqaviləsi 2024-cü ilin yayı başa çatır.