“Real” Çempionlar Liqasında (ÇL) daha bir ilki həyata keçirib. “Kral klubu” bunu qrup mərhələsinin son turunda “İnter”lə matçda (2:0) reallaşdırıb. 

 Madrid təmsilçisinə qələbə gətirən qolun müəllifi olan Marko Asensio eyni zamanda komandanın bu turnirdəki 600-cü topuna imza atıb. Qitənin ən nüfuzlu klub turnirində 600 qol səddinə çatan ilk komanda olan “Real”ı müvafiq olaraq “Bayern München” (546 qol), “Barcelona” (537), “Manchester United” (398) və “Juventus” (333) izləyirlər. Dünənki görüşdə ispanların hər iki qolu cərimə meydanı kənarından qeydə alınıb. “Real” tarixində ilk dəfə ardıcıl 5 qolu uzaq məsafədən vurub.