İngiltərə Premyer Liqası komandalarından olan "Manchester United"in yeni məşqçisi Ralf Rangnick transfer etmək istədiyi mövqeləri müəyyənləşib.

ESPN-in xəbər verir ki, almaniyalı məşqçi "United" rəhbərliyi ilə görüşündə komandanın zəif nöqtəsinin yarımmüdafiə olduğunu bildirib. Rangnik bu görüşdə rəhbərliyə transfer siyahısını təqdim edib.

Təcrübəli məşqçinin siyahısında "Leipzig"dən Amadu Haydaranın, Dortmuntdan Cude Bellinqemin və "Leeds"dən Kalvin Fillipsin adları var.

Ralf Rangnik komandası ilə 2 rəsmi oyun keçirib və 1 qələbə - 1 heç-heçə əldə edib.