PSG İspaniyanın "Real Madrid" komandasının sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqları davam etdirir. 

"Cadena Ser" nəşri xəbər verir ki, 49 yaşlı mütəxəssisin Paris təmsilçisinin sükanı arxasına keçməyə razı olub-olmayacağı hələlik bəlli deyil. Buna baxmayaraq, tərəflər arasındakı danışıqlar müsbət yöndə irəliləyir. 

Qeyd edək ki, 2016 - 2018 və 2019 - 2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir. PSG-nin baş məşqçisi Maurisio Poçettinonun müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.