Koronavirus peyvəndi ilə bağlı bütün dünyada müzakirələr davam edərkən, İngiltərə Premyer Liqası komandalarından mövzu ilə bağlı diqqətəlayiq bir addım gələ bilər.

The Telegraph qəzetindəki xəbərə görə; Qeyd olunub ki, bəzi Premyer Liqa komandaları futbolçularının müqavilələrinə peyvəndlə bağlı bənd daxil etmək istəyiblər.

Xəbərdə həm də bildirilib ki, klublar heyətlərini qorumaq üçün futbolçuların müqavilələrinə peyvənd öhdəliyi bəndini əlavə etməyi düşünürlər.

Digər tərəfdən, qəzetdə "Bayern München"nin də peyvəndlə bağlı sərt tədbirlər gördüyü vurğulanıb. Bildirilib ki, Almaniya komandası karantin dövründə peyvənd olunmamış futbolçularına pul ödəməyib.