“Barcelona”nın vitse-kapitanı Jerar Pike növbəti dəfə maraqlı açıqlama ilə gündəmə gəlib.

 
34 yaşlı müdafiəçi əzəli rəqibləri “Real”a keçmə ehtimalı ilə bağlı sualı cavablandırıb. İspaniya millisinin sabiq üzvü bunun mümkünsüz olduğunu söyləyib: “Bu, qətiyyən mümkün deyil. Heç vaxt. “Real”a getməkdənsə, ölməyi üstün tutaram”. 

 Qeyd edək ki, Jerar Pike 2008-ci ildən “Barcelona”nın əsas komandasında çıxış edir.