İngiltərə Premyer Liqa komandalarından olan "Manchester City" də baş məşqçi Pep Qvardiola futbolçularının F1 pilotları ilə eyni mübarizəni verməsi lazım olduğunu söyləyib.De Bruyne, Bernardo Silva, İlkay Gündoğan və Rodri kimi ulduzların özlərini daha çox göstərməsi lazım olduğunu bildirib.

Qvardiola açıqlamasında "Verstappen və Həmilton inanılmaz çempionlardır, lakin bəzən uğur sizdən asılı deyil. Qalib olub-olmaması başqa bir şeydir. Oyunçular da Verstappen və Hamilton kimi sona qədər mübarizə aparmalıdırlar" deyib.

Təcrübəli məşqçi "Yaxşı mübarizə aparsan belə, qalib olmaya  bilərsən" deyib. 

"Bəzən, hər şey mükəmməl getdiyində belə, idarə edə bilməyəcəyiniz bir şey olur. Bu, dünəndən götürdüyüm bir nümunədir, bir qayda, VAR və ya pis hakim qərarı ilə sonda çox şey ola bilər və siz qalib gələ bilməzsiniz”

Oyunçuların heç vaxt təslim olmamaları lazım olduğunu bildirən Qvardiola, "Sizin etməli olduğunuz şey, Raheem Sterlingin son oyunlarda etdiyi və ya Formula 1-dəki bu iki inanılmaz sürücünün etdiyi kimi heç vaxt təslim olmamaqdır. Hal-hazırda hər cür tərifə layiq olsalar da, Sterlinqdən İlkay Gündoğan Kevin De Bruyne, Bernardo Silva və Rodridən daha çox şey istəyirəm” deyərək fikrini bitirib.