Rusiya Futbol İttifaqının (RFS) Etika Komitəsi III liqada mübarizə aparan "Metallurq-Vidnoe" klubunun futbolçuları Dmitri Andriyaxin və Anatoli Neqodanı cəzalandırıb. 

Qurumun rəsmi saytının  məlumatına görə, buna onların mərc oyunlarında iştirakı səbəb olub. Sözügedən futbolçuların indiyədək RFS-in bayrağı altında keçirilmiş 500-dən çox qarşılaşmaya pul qoyuluşu etdikləri təsdiqlənib. Hər iki oyunçu 5 il müddətinə diskvalifikasiya edilib, onların futbolla bağlı hər hansı fəaliyyətinə qadağa qoyulub. 

 Qeyd edək ki, "Metallurq-Videnoe" 2021/2022 mövsümünün birinci hissəsini sonuncu pillədə başa vurub.