İtaliyanın “Napoli” klubu ciddi itkiylə üzləşib.

 "Football Italia" xəbər verir ki, A seriyasının 15-ci turunda “Sassuolo” ilə keçirilən matçda (2:2) zədələnən Xalidu Kulibali bir müddət yaşıl meydanlardan uzaq qalacaq. 
 
Seneqallı müdafiəçinin gələn ilin fevralına qədər meydana çıxa bilməyəcəyi ehtimal olunur. 

 Kulibali zədə səbəbindən 2022-ci ilin 9 yanvarından 6 fevralına qədər davam edəcək Afrika kubokunu da buraxa bilər.