Lionel Messi PSG-nin “Lorient”la səfər oyununda da qol vura bilməyib. 

 Bununla da argentinalı hücumçunun səfərdəki qolsuzluq seriyası 8-ə çatıb. 

 Cənubi amerikalı PSG-nin heyətində rəqib meydanındakı heç bir çempionat matçında fərqlənməyib. Messi bununla da karyerasının antirekordunu təkrarlayıb. O, 2006-cı ilin sentyabrından 2007-ci ilin martına qədər “Barcelona”dakı 8 səfər görüşündə qol vurmayıb. 

 Qeyd edək ki, “Lorient” – PSG matçı 1:1 hesabı ilə başa çatıb.