Kilian Mbappe Fransa Liqa1-də PSG-nin heyətində 100-cü qolunu vurub.
Paris təmsilçisinin hücumçusu “Monaco” ilə görüşdə dubl müəllifi olub.
O, bu iki qolla 100-ə çatıb. Kiliana 100 qol üçün 124 matç kifayət edib. Mbappe PSG-dən əvvəl şərəfini qoruduğu “Monaco”da 41 oyunda 16 qol vurub.
Qeyd edək ki, 2:0 hesablı qələbə qazanan paytaxt klubu 45 xalla çempionatın lideridir.
0 Comments