FİFA agenti Endo Osmani şəxsi instaqram hesabında Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli barədə paylaşım edib.

 Futbol meneceri 24 yaşlı hücumçunun şəklini paylaşıb və onu təq edərək bunları yazıb: "Məmnuniyyətlə bildirmək istəyərdim ki, bu gündən etibarən Mahir Emreli mənim rəsmi müştərimdir. Mənə güvəndiyiniz üçün təşəkkür edirəm”. 

 Osmaninin müştəriləri arasında daha çox Cənubi və Şimali Amerika klublarında çıxış edən futbolçular yer alır.