"Barcelona"nın prezidenti Joan Laporta və klubun direktoru Mateu Alemani tanınmış futbol agenti Mino Rayola ilə görüşüb. 

 "Mundo Deportivo" xəbər verir ki, görüş zamanı Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandın mümkün transfer müzakirə olunub. Bildirilib ki, Laporta Hallandın agenti Rayoladan norveçli oyunçunun təzminat məbləğinin azaldılmasını istəyib və futbolçunun Xavinin rəhbərliyi altında komandanın önəmli fiquruna çevriləcəyini bildirib. 

 Tərəflər Haalandla yanaşı, "Ajax"ın müdafiəçisi Nussair Mazrauininin də transferi ilə bağlı danışıblar.