“Çempionatın dayandırılması düzgün deyil. Amma qrafikə daha hazırlıqlı olmalıyıq”.

 Bunu “Liverpool”un baş məşqçisi Yurgen Klopp deyib. Almaniyalı mütəxəssis koronavirusun yayılması üzündən Premyer Liqanın dayandırılması ilə bağlı müzakirələrə qoşulub.

 Klopp çempionata yanvarın 15-dək fasilə verilməsinə qarşı çıxıb: “Bunadək futbol testlər, intizam tədbirləri sayəsində dayanmışdı. Amma indi hər şey daha çətindir. Premyer Liqanın dayandırılmasında fayda görmürəm. Çempionatı saxlayanda virus yox olmayacaq. Biz qayıdanda da hər şey eyni olacaq. Virus itəcəksə, mən dayandırılmanın birinci tərəfdarıyam. Evə gedər, virusun itməsini gözləyərəm. Ancaq belə deyil. Onda bəs faydası nədir? Ümid edirik ki, “Tottenham”lə oynaya biləcəyik”. 

 Qeyd edək ki, futbolçuların yoluxması üzündən Premyer Liqada bəzi oyunlar təxirə salınıb və qarşıdakı görüşlərin də taleyi sual altındadır.