İtaliyanın "İnter" klubu futbolçusu Kristian Eriksenlə yolları ayırır. 

 İtaliya mətbuatı xəbər verir ki, tərəflər yaxın günlərdə əməkdaşlığa son qoyacaq. 

 Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Finlandiya ilə görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. O, tibbi məhdudiyyətlər səbəbindən A seriyasında oynaya bilmir