İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. 

1/2 finalda "Arsenal" "Liverpul"la, "Çelsi" "Tottenhem"ıə qarşılaşacaq. Qeyd edək ki, 1/4 finalda "Liverpul" "Lester"i penaltilər seriyasında, "Çelsi" "Brentford"u, "Arsenal" "Sanderlend"i, "Tottenhem" isə "Vest Hem"i məğlub edib. 

 Əlavə edək ki, yarımfinal iki qarşılaşmadan ibarət olacaq. İlk oyunlar yanvarın 5-də, cavab görüşləri isə yanvarın 12-də keçiriləcək.