UEFA İntizam Komitəsi Türkiyənin "Beşiktaş" və "Galatasaray" klublarını cəzalandırıb. 

 Səbəb kimi hər iki komandanın avrokubok qarşılaşmalarında azarkeşlərin davranışları göstərilib. "Qara qartallar" noyabrın 3-də Portuqaliyada "Sportinq"ə qarşı keçirdiyi Çempionlar Liqasının IV tur qarşılaşmasında fanatlarının meydana yad əşyalar atmaları üzündən 9 000 avro, fişəng yandırmaları ilə əlaqədar 4 500 avro cərimələnib.

 "Sarı-qırmızılar"a isə noyabrın 25-də evdə Fransa "Marsel"i ilə Avropa Liqasının V tur matçında baş vermiş olaylar üzündən 11 875 avro cərimə kəsilib. Məbləğin 9 375 avrosu yad əşyaya, 2 500 avrosu isə fişəng yandırılmasına görə ödənilməlidir.