21 yaşlı hücumçu buna "Qröyter Fürt"u 3:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın XVI tur oyununda nail olub.
Qarşılaşmada dubla imza atan norveçli forvard Dortmund təmsilçisində 2021-ci ildə 29-30-cu qollarını vurub. Beləliklə, Haaland bir il ərzində klubunda ən çox fərqlənən oyunçu ünvanına sahib çıxıb.
Qeyd edək ki, Erlinq Haaland cari mövsüm 9 matçda 13 qola imza atıb. O, zədə səbəbindən bir neçə oyunu buraxmalı olub.
0 Comments