Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın gələcək aqibəti müəyyənləşmək üzrədir. 

 
Gənc forvardın meneceri Mino Raiola təklif aldıqları klubların adlarını açıqlayıb. 

 Agent hətta Norveç millisinin üzvünün nə vaxt komandasını dəyişəcəyini də bildirib: “Bavariya”, “Real”, “Barselona” və ya “Mançester Siti” Halandın gedə biləcəyi klublardır. Ya cari, ya da növbəti mövsümün sonunda bu keçid reallaşa bilər. Böyük ehtimalla transfer gələn il baş tutacaq”. 

 Qeyd edək ki, Erlinq Halandın “Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.