"Manchester City"nin baş məşqçisi Pep Qvardiola Liqada çempionluq mübarizəsi ilə bağlı açıqlama verib.


Qvardiola : "Kim çempion olmaq istəyirsə, bir çox oyunlarda qalib gəlib 90 xal toplamalı olacaq. Keçən mövsümdə koronavirus var idi, tribunalarda azarkeşsiz oynadıq, bütün klublar üçün gərgin il oldu. Bəzi şərtlər xal itkisinə səbəb oldu. və biz çempionluğu səssiz və sakit şəkildə qazandıq”. deyib.


Uzunmüddətli düşünməyin xal itkisinə gətirib çıxardığını bildirən təcrübəli baş məşqçi, "Bu mövsüm Premyer Liqadakı son oyunumuzda "Vulverhempton"a qalib gələ bildik. Bu komanda zirvədən o qədər də uzaqda deyil. İndi növbəti "Lids"dir, mən isə yalnız  bu matçları düşünürəm. Uzun müddətli düşünmək xal itkisinə səbəb olur” deyərək fikrini tamamlayıb.