“Galatasaray” “Benfika”nın futbolçusu Gedson Fernandeşin transferində israrını davam etdirir.
Türkiyə klubu portuqaliyalı yarımmüdafiəçini qış fasiləsinə heyətinə cəlb etməyi planlaşdırır.
Bu ilin ilk 6 ayında icarə əsasında “cim-bom”un formasını geyinən 22 yaşlı orta sahə oyunçusunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam edir. İstanbul nəhəngi Gedson üçün lissabonlulara 8 milyon avro ödəməyə hazırdır. Əgər “Benfika” buna mənfi cavab versə, “sarı-qırmızılılar” onu yenidən icarəyə götürməyə çalışacaq.
0 Comments