“Galatasaray” hücumçusu Kerem Aktürkoğlu ilə müqaviləsini yeniləyib. 

 Bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 
 
Bildirilib ki, sözləşməsi ilin sonuna qədər olan 23 yaşlı forvardla yeni 5 illik saziş imzalanıb. Anlaşmaya əsasən, Türkiyə millisinin üzvü 2026-cı ilin sonuna qədər “cim-bom”a məxsus olacaq. 

 Qeyd edək ki, Kerem Aktürkoğlu “Galatasaray”a ötən ilin yayında “24 Erzincanspor”dan keçib.