“Real”ın hücumçusu Eden Hazard karyerasını ölkəsi Belçikada başa vura bilər. 

 Bunu “Vesterlo”nun vitse-prezidenti Hasan Çetinkaya deyib. Belçikanın ikinci liqa təmsilçisinin rəsmisi 30 yaşlı forvardı gələcəkdə heyətlərinə cəlb etmək arzusunda olduqlarını etiraf edib: “Eden Hazardla dost münasibətindəyəm. “Lill”də oynadığı zaman onunla tanış olmuşdum və bir gün “Fənərbaxça”da oynayacağını söyləmişdi. “Vesterlo” üçün Edeni şirnikləndirmək daha çətin olacaq, amma gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Ola bilsin ki, karyerasını klubumuzda başa vursun”. 

 Qeyd edək ki, Eden Hazard 2019-cu ildən “Real”ın formasını geyinir.