“Parma”nın əfsanəvi qapıçısı Canluici Buffon “Yuventus”un cari mövsümdəki uğrusuz çıxışını yayda “Mançester Yunayted”ə keçən Kriştiano Ronaldo ilə əlaqələndirib. 

 Veteran qolkiper sabiq komanda yoldaşının “qoca sinyora”dakı illərinin onlara ziyan vurduğunu söyləyib. Buffonun fikrincə, 2018-ci ildə portuqaliyalını transfer etmək ən böyük yanlışlıq idi: “2017-ci ildə Çempionlar Liqasının finalına qədər gedəndə təcrübəli komanda olmaqla yanaşı, həm də əsl kollektiv idik. Bu ruhu Ronaldo gələndən sonra itirdik. Bir sözlə o, “Yuventus”un sistemini pozdu. Ronaldonun “Yuventus”dakı ilk mövsümündə PSJ-də idim. Sonrakı iki mövsümü birlikdə keçirdik. Çox işlər gördük, amma bir kollektiv ola bilmədik”. 

Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus”da keçirdiyi 134 oyunda 101 qol vurub, 22 məhsuldar ötürmə verib.