“Leicester”in baş məşqçisi Brendan Rojers Konfrans Liqasına düşmələrinə münasibət bildirib. 

 Avropa Liqasının qrup mərhələsinin son turunda “Napoli”yə məğlub olan Premyer Liqa təmsilçisi (2:3) 3-cü yeri tutaraq, Konfrans Liqasının pley-offunda Azərbaycan klubu “Qarabağ”ın potensial rəqiblərindən biri olub. 

 Rojers isə qitənin üçüncü dərəcəli klub turnirinə qarşı hörmətsiz yanaşıb: “Düzünü desəm, bunun hansı turnir olduğunu belə bilmirəm. Bütün diqqətimi Avropa Liqasında qrup birinciliyinə yönəltmişdim. Heç olmasa ikinci yeri tutmalıydıq. Konfrans Liqasına hörmətlə yanaşsam da, onunla tanış olduğuma əmin deyiləm. Ancaq bunu mütləq başa düşəcəyəm”. 

 Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 13-də keçiriləcək.