İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzama 2021-ci ildə vurulan qol sayında İngiltərə "Manchester United"ində çıxış edən Kristiano Ronaldonu üstələyib. 

 34 yaşlı hücumçu buna "Atletik"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın XXI tur oyununda nail olub. "Kral klubu"nun hər iki qoluna imza atan fransalı forvard 2021-ci ildə 47 dəfə fərqlənib. Hazırda Ronaldonun aktivində 46 qol var. Bu göstəricidə Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski (69 qol) liderdir. İkinci və üçüncü pillələri hərəyə 49 qolla Fransa PSG-sinin forvardı Kilian Mbappe və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann bölüşür. 

 Qeyd edək ki, Kərim Benzema cari mövsüm La Liqada 18 matçda meydanda olub, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.