"Bayern München" hücumçu Robert Levandovskini klubda saxlamaq istəyir. 

 “Abendzeitung” xəbər verir ki, , Münhen təmsilçisi 33 yaşlı oyunçuya 2025-ci ilin yayına qədər müqavilə təklif etməyə hazırdır. 
Onun hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədər qüvvədədir. 
 Bundan başqa, "Bayern München” rəhbərliyinin iclaslarında "Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haalandın namizədliyi ciddi müzakirə olunmayıb. Çünki norveçli oyunçu kluba çox baha başa gələcək və üstəlik onun yüksək maaşı var. Rəhbərlik Levandovskinin daha 4 il yüksək səviyyədə oynaya biləcəyinə inanır.