"Barcelona" heyətinə yeni hücumçu qatmaq niyyətindədir.

 "Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu "Penarol"da (Uruqvay) oynayan Aqustin Alvaresi transfer etməyi planlaşdırır. "Barcelona" 20 yaşlı hücumçu üçün 12 milyon avro xərcləməyə hazırdır. 

 Qeyd edək ki, Alvares bu mövsüm 40 matçda 23 qol vurub.