“Barcelona” akademiyasında böyük seks qalmaqalı baş verib. 

 Akademiyanın gənclərdən ibarət komandalarının keçmiş məşqçisi və koordinatoru Albert Benaqyes uşaqlara cinsi təcavüzdə ittiham olunub. 

 Aralarında kişi və qadın olmaqla Benaqyesin keçmişdə tələbəsi olmuş 60 nəfər polisə şikayət edib. Davam edən istintaqla bağlı ilk xəbər mediada yayılanda o, işdən çıxarılıb. Maraqlıdır ki, məşqçi özü də ittihamları inkar etməyib, lakin baş verənləri cinayət hesab etmir. 

 Benaqyes 1991-2012-ci illərdə İspaniya nəhənginin akademiyasında uşaq komandalarının koordinatoru, həmçinin gənclər komandasının məşqçisi kimi çalışıb. Bundan sonra o, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl”, Meksikanın “Qvadalaxara” və Yaponiyanın “Vissel Kobe” klublarında çalışıb. Mütəxəssis bu ilin aprelində prezident Joan Laportanın dəvəti ilə “Barcelona” akademiyasına qayıdıb. 

 Qeyd edək ki, Albert Benaqyesin akademiyada tələbələri arasında Lionel Messi, Xavi Ernandes və Andres İnyesta kimi ulduzlar da olub.