Bu gün Avropa Liqasında pley-offun püşkü atılacaq.

 Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və canlifutbolaz.com saytında canlı yayımlanacaq.

 Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi turnirdə pley-offda 16 komanda yarışacaq. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının üçüncüləri ilə 8 cüt təşkil edəcək. Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. Qrup ikinciləri səpələnmiş, Çempionlar Liqasından gələnlər səpələnməmişlərdir. Pley-offun ilk matçlarında səpələnməmişlər ev sahibi olacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz. 

 Səpələnmişlər 
“Betis” (İspaniya)
 “Braqa” (Portuqaliya) 
“Dinamo” (Xorvatiya) 
“Latsio” (İtaliya) 
“Napoli” (İtaliya)
 “Olimpiakos” (Yunanıstan) 
“Reyncers” (Şotlandiya) 
“Real-Sosyedad” (İspaniya) 
 Səpələnməmişlər 
“Atalanta” (İtaliya) 
“Barselona” (İspaniya) 
“Borussiya” (Dortmund, Almaniya) 
“Leypsiq” (Almaniya) 
“Porto” (Portuqaliya) 
“Sevilya” (İspaniya) 
“Şerif” (Moldova) 
“Zenit” (Rusiya) 

 Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək.